Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb
Futbol
133
9 Fevral , 2021 11:10
Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, səfəri zamanı AFFA prezidenti FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, hazırda Dohada klublararası dünya çempionatı keçirilir. Finalda Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i üz-üzə gələcək. Oyun fevralın 11-də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi