Rövnəq Abdullayev: “Avro-2016-nın təşkilati məsələləri UEFA tərəfindən yüksək qiymətləndirilib”

Rövnəq Abdullayev: “Avro-2016-nın təşkilati məsələləri UEFA tərəfindən yüksək qiymətləndirilib” AFFA prezidenti Azərbaycan millisinin oyununu da dəyərləndirib
Futbol
21 May , 2016 22:29
Rövnəq Abdullayev: “Avro-2016-nın təşkilati məsələləri UEFA tərəfindən yüksək qiymətləndirilib”

Bakı. 21 May. REPORT.AZ/ Bakıda 17 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatı – 2016-nın təşkilati məsələləri UEFA tərəfindən yüksək qiymətləndirilib.

“Report” xəbər verir ki, bu sözləri final oyunundan sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O, turniri ümumilikdə normal qiymətləndirib:

“Normal keçdi. Mən deyərdim ki, biz turniri ən yüksək səviyyədə standartlara uyğun keçirdik. Həm açılış, həm bağlanış mərasimləri, həm oyunların gedişi, təşkilati məsələlər UEFA tərəfindən yüksək qiymətləndirildi. Daha çox Portuqaliya yığmasının oyununu bəyəndim”.

AFFA prezidenti Azərbaycan millisinin çempionatda çıxışını da dəyərləndirib:

“Azərbaycan millisinin futbolçuları birinci oyunda məğlub olsalar da, ikinci oyunda özlərini doğrultdular. 16-17 yaşında ikən qitəmiqyaslı yarışda oynamaq böyük şərəfdir. Millimiz, gənc futbolçularımız şərəflə çıxış etdilər”.

Son xəbərlər

Orphus sistemi