Ronaldunun “Yuventus”da debüt edəcəyi tarix açıqlanıb

Ronaldunun “Yuventus”da debüt edəcəyi tarix açıqlanıb Bakı. 18 avqust. REPORT.AZ/ Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.
Futbol
2010
18 Avqust , 2018 13:22
Ronaldunun “Yuventus”da debüt edəcəyi tarix açıqlanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.

“Report” xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimilano Allegri 33 yaşlı hücumçunun bu gün A seriyasının I turu çərçivəsində “Kyevo” ilə səfər oyununda meydana çıxacağını söyləyib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ronaldu yay fasiləsində İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib.

Son xəbərlər

Orphus sistemi