Ronaldunun villasının yaxınlığındakı şəhərə giriş-çıxış bağlandı

Ronaldunun villasının yaxınlığındakı şəhərə giriş-çıxış bağlandı Madeyra hökuməti Kamara-di-Lobuş şəhərinin giriş və çıxışlarını bağlayıb.
Futbol
219
20 Aprel , 2020 10:42
Ronaldunun villasının yaxınlığındakı şəhərə giriş-çıxış bağlandı

Madeyra hökuməti Kamara-di-Lobuş şəhərinin giriş və çıxışlarını bağlayıb.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, buna şəhərdə 12 nəfərin koronavirusa yoluxması səbəb olub.

Kamara-di-Lobuşun İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun ailəsi ilə birlikdə qaldığı villanın yerləşdiyi Funşaladan 20 km aralıda olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi