Ronaldunun villası qarət olundu

Ronaldunun villası qarət olundu İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu xoşagəlməz hadisə ilə üzləşib.
Futbol
8 Oktyabr , 2020 16:43
Ronaldunun villası qarət olundu
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu xoşagəlməz hadisə ilə üzləşib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Qeyd edək ki, Kriştianu Ronaldunun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.

Son xəbərlər

Orphus sistemi