Ronaldunun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlanıb

Ronaldunun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlanıb Bakı. 6 iyul. REPORT.AZ/ İspaniyanın Real klubu hücumçu Kriştianu Ronaldunu Yuventusa futbolçunun komandanı tərk etmək barədə qərarını açıq şəkildə elan edəcəyi təqdirdə sata bilər.
Futbol
6 İyul , 2018 06:56
Ronaldunun Realdan Yuventusa keçidinin əsas şərti açıqlanıb

Bakı. 6 iyul. REPORT.AZ/ İspaniyanın "Real" klubu hücumçu Kriştianu Ronaldunu "Yuventus"a futbolçunun komandanı tərk etmək barədə qərarını açıq şəkildə elan edəcəyi təqdirdə sata bilər.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Cadena Cope" nəşrlərinə istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun 100 mln. avro müqabilində "Real"dan gedişi barədə hələ yanvar ayında əldə olunan razılaşma şifahidir, ona görə oyunçunun "Yuventus"a transferi barədə son sözü Madrid klubunun prezidenti Florentino Peres deyəcək.

"Real" rəhbərliyi oyunçunun komandadan gedişi ilə bağlı öz ünvanına yönələ biləcək ittihamlardan sığortalanmaq istəyir. Bu o deməkdir ki, Ronaldu mətbuat konfransı keçirməli və karyerasında "Yuventus"da yarana biləcək yeni fürsətlər xatirinə "Real"ı tərk etmək istədiyini elan etməli olacaq.

"Yuventus"un Ronaldunun "Real"dan transferini iyulun 7-də elan edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi