Ronaldunun qolu "Yuventus"u məğlubiyyətdən xilas edib

Ronaldunun qolu "Yuventus"u məğlubiyyətdən xilas edib Yuventus futbol üzrə İtaliya çempionatının 35-ci turunda baş tutan Turin derbisində Torino ilə 1:1 hesablı heç-heçə edib.
Futbol
114
4 May , 2019 00:36
Ronaldunun qolu Yuventusu məğlubiyyətdən xilas edib

"Yuventus" futbol üzrə İtaliya çempionatının 35-ci turunda baş tutan Turin derbisində "Torino" ilə 1:1 hesablı heç-heçə edib.

"Report" xəbər verir ki, Turinin "Alyans" stadionunda keçən qarşılaşmada hesabı qonaqlar açıb.

Matçın 18-ci dəqiqəsində "Torino"nun yarımmüdafiəçisi Saşa Lukiç fərqlənib. "Yuventus" məğlubiyyətdən oyunun 84-cü dəqiqəsində Kriştianu Ronaldunun başla vurduğu qol sayəsində yaxa qurtara bilib.

Artıq çempionluğu özünə təmin etmiş "Yuventus" bu heç-heçədən sonra xal ehtiyatını 89-a çatdırıb, "Torino" 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Eyni zamanda Ronaldu İtaliya A Seriyasında vurduğu qolların sayını 21-ə çatdıraraq, bombardirlər yarışında 2 və 3-cü pillədə gedən Duvan Sapata və Kşiştof Piontek ilə top sayını eyniləşdirib. Siyahıya 23 qolla Fabio Kualyarella başçılıq edir.

İtaliya A Seriyası. 35-ci tur

"Yuventus" – "Torino" - 1:1

Qollar: 0:1 – Lukiç – 18, 1:1 – Ronaldu – 84

Son xəbərlər

Orphus sistemi