Ronaldu Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı - YENİLƏNİB

Ronaldu Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı - YENİLƏNİB Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmada 108-ci qolunu vurub.
Futbol
24 İyun , 2021 00:21
Ronaldu Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı - YENİLƏNİB
Kriştianu Ronaldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Avropa çempionatının F qrupunun III turunda Fransaya vurduğu 2-ci qol onun üçün əlamətdar olub.

"Report"un məlumatına görə, 60-cı dəqiqədə penaltidən fərqlənən 36 yaşlı hücumçu yığmadakı qollarının sayını 109-a çatdırıb. Ulduz futbolçu bununla da İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) təkrarlayıb.

Qeyd edək ki, hazırda görüşdə 2-ci hissə oynanılır və hesab bərabərdir - 2:2.

00:00

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmada 108-ci qolunu vurub.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu Fransa ilə Avropa çempionatının F qrupunun III tur matçında penaltidən fərqlənib.

O, rəqib qapılarına daha bir dəfə yol tapsa, İran millisinin Azərbaycan əsilli keçmiş forvardı Əli Daeinin rekordunu təkrarlayacaq. Növbəti qol isə Ronaldunu mütləq rekordçu edəcək.

Bundan başqa, təcrübəli futbolçu dünya və Avropa çempionatlarında vurulmuş qolların sayına görə ilk pilləyə yüksəlib. Hazırda onun aktivində ümumilikdə 20 qol var. O, bu qolların 13-nü qitə çempionatında, 7-ni isə mundialda vurub.

Qeyd edək ki, Portuqaliya - Fransa matçında ilk hissədən sonra hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi