Ronaldu "Yuventus"un heyətindəki 100-cü matçında dubl etdi

Ronaldu "Yuventus"un heyətindəki 100-cü matçında dubl etdi Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində 100-cü oyununu keçirib.
Futbol
14 Dekabr , 2020 01:15
Ronaldu Yuventusun heyətindəki 100-cü matçında dubl etdi
Kriştianu Ronaldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində 100-cü oyununu keçirib.

"Report"un məlumatına görə, bu, A Seriyasında XI turun "Cenoa" ilə səfər matçına təsadüf edib. Görüş Turin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

35 yaşlı hücumçu 79-cu və 89-cu dəqiqədə penaltiləri dəqiq yerinə yetirərək, dubl edib. Hesabı isə 57-ci dəqiqədə onun komanda yoldaşı Paulo Dibala açıb. "Cenoa"dan yeganə qolu 61-ci dəqiqədə Stefano Sturaro vurub.

Ronaldu "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, hazırkı komandasında 79 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, hazırda "Yuventus" 11 oyundan 23 xalla 4-cü, "Cenoa" isə 6 xalla 19-cu yerdə gedir.

Son xəbərlər

Orphus sistemi