Ronaldu "Yuventus"la yeni müqavilə barədə danışıqlar aparmır

Ronaldu "Yuventus"la yeni müqavilə barədə danışıqlar aparmır İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin uzadılması barədə danışıqlar aparmır.
Futbol
30 İyun , 2021 09:43
Ronaldu Yuventusla yeni müqavilə barədə danışıqlar aparmır
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin uzadılması barədə danışıqlar aparmır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı hücumçunun və onun agenti Jorje Mendeşin qərarını gözləyir.

Təcrübəli oyunçu bu yay klubu tərk edib-etməyəcəyini rəhbərliyə bildirməlidir. Daha əvvəl mətbuatda Ronaldunun İngiltərənin "Mançester Yunayted", Portuqaliyanın "Sportinq" və ya İspaniyanın "Real Madrid" klubuna qayıda biləcəyi yazılıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi