Ronaldu "Yuventus"dan İskonu almağı xahiş edib

Ronaldu "Yuventus"dan İskonu almağı xahiş edib Madrid Realının yarımmüdafiəçisi İsko Turinin Yuventus klubuna keçə bilər.
Futbol
15 May , 2019 08:35
Ronaldu Yuventusdan İskonu almağı xahiş edib

Madrid "Real"ının yarımmüdafiəçisi İsko Turinin "Yuventus" klubuna keçə bilər.

"Report" "Don Balon"a istinadən xəbər verir ki, İtaliya komandası futbolçu üçün 60 milyon avrodan çox pul ödəmək niyyətində deyil.

Transferə futbolçunun özünün də komandanı tərk etmək istəyi təkan verə bilər. Belə ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm İskoya ümid bəsləmir.

Bundan əlavə, İskonun Turin klubuna alınmasını Kriştianu Ronaldu da xahiş edib. Portuqaliyalının fikrincə, yarımmüdafiədə yalnız Miralem Pyaniç yüksək tələblərə cavab verir.

Son xəbərlər

Orphus sistemi