Ronaldu UEFA Super Kuboku matçında oynamayacaq

Ronaldu UEFA Super Kuboku matçında oynamayacaq "Real Madrid"in futbolçusu 8 həftəyədək sıradan çıxıb
Futbol
121
12 İyul , 2016 11:42
Ronaldu UEFA Super Kuboku matçında oynamayacaq

Bakı. 12 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu avqustun 9-da "Sevilya" ilə UEFA Super Kuboku matçını buraxacaq. "Report" xəbər verir ki, səbəb portuqaliyalı hücumçunun Fransa ilə Avropa çempionatının final matçında ciddi zədə almasıdır. 

O, görüşün ilk yarısında əvəzlənib. İlkin məlumatlara görə, Ronaldunun sol diz bağları dartılıb. Belə zədələrin bərpası 6 - 8 həftə çəkir. "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan yeni mövsüm ərəfəsində komandanın liderinin səhhəti ilə risk etmək istəmir. 

Son xəbərlər

Orphus sistemi