Ronaldu şəxsi təyyarəsi ilə Turindən ayrılıb

Ronaldu şəxsi təyyarəsi ilə Turindən ayrılıb Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmağa çox yaxındır.
Futbol
27 Avqust , 2021 17:13
Ronaldu şəxsi təyyarəsi ilə Turindən ayrılıb
Kriştianu Ronaldu

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmağa çox yaxındır.

"Report" xəbər verir ki, junalist Nikola Skira 36 yaşlı hücumçunun şəxsi təyyarəsi ilə Turini tərk etdiyini bildirib.

Onun İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klublarından birinə keçəcəyi gözlənilir. Daha əvvəl "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Ronaldunun komandadan ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi