Ronaldu Serbiya ilə matçdakı qalmaqaldan bəhs etdi

Ronaldu Serbiya ilə matçdakı qalmaqaldan bəhs etdi Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyunundakı qalmaqalla bağlı fikirlərini bölüşüb.
Futbol
28 Mart , 2021 03:55
Ronaldu Serbiya ilə matçdakı qalmaqaldan bəhs etdi
Kriştianu Ronaldu

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyunundakı qalmaqalla bağlı fikirlərini bölüşüb.

“Report” xəbər verir ki, futbolçu bu barədə fikirlərini instaqram sosial şəbəkəsindəki hesabında paylaşıb.

"Portuqaliya yığmasının kapitanı olmaq həyatımda ən böyük fəxarət və imtiyazlarımdan biridir. Həmişə ölkəm üçün hər şeyimi verirəm və bu, heç vaxt dəyişməyəcək. Lakin elə çətin anlar olur ki, xüsusən bütün millətimizin əzab çəkdiyini hiss edirik. Başınızı qaldırın və elə indicə növbəti çağırışı qəbul edin! Haydır, Portuqaliya!" - Ronaldu özünün instaqram hesabında yazıb.

Qeyd edək ki, Portuqaliya milli komandasının futbolçusu Serbiya ilə dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb. Otuz altı yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.

Referinin qərarından qəzəblənən Ronaldu önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydançaya çırpıb.

Son xəbərlər

Orphus sistemi