Ronaldu rəsmi matçlarda qolların sayına görə rekorda imza atdı

Ronaldu rəsmi matçlarda qolların sayına görə rekorda imza atdı İtaliyanın “Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu rəsmi matçlarda qolların sayına görə rekordu təkrarlayıb.
Futbol
628
11 Yanvar , 2021 03:34
Ronaldu rəsmi matçlarda qolların sayına görə rekorda imza atdı
Kriştianu Ronaldu

İtaliyanın “Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu rəsmi matçlarda qolların sayına görə rekordu təkrarlayıb.

“Report” xəbər verir ki, futbolçu ötən gün İtaliya çempionatında “Sassuolo”ya qarşı qələbə matçında (3:1) fərqlənib.

Otuz beş yaşlı futbolçunun bu qolu klub və yığmadakı karyerasında 759-cu olub. Bu sayda rekorda daha əvvəl Avstriya və keçmiş Çexoslovakiya yığmalarının hücumçusu Yozef Biçan 1950-ci illərdə imza atıb.

Daha əvvəl Ronaldu qolların sayına Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.

Son xəbərlər

Orphus sistemi