Ronaldu "Real Madrid"in yeni müqavilə təklifini rədd edib

Ronaldu "Real Madrid"in yeni müqavilə təklifini rədd edib O, cavabını öz agenti vasitəsilə kluba çatdırıb
Futbol
11 İyun , 2018 17:10
Ronaldu Real Madridin yeni müqavilə təklifini rədd edib
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunun yeni müqavilə təklifini rədd edib. 

"Report" "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu mövcud müqaviləsini ildə 25 milyon avro əmək haqqı qarşılığında uzatmağa razı olmayıb. Ronaldu "kral klubu"ndan ilinə 30 milyon avro tələb edir. O, rədd cavabını öz agenti Jorje Mendeş vasitəsilə kluba çatdırıb. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi