Ronaldu "Real"ın heyətində 400-cü oyununu keçirib

Ronaldu "Real"ın heyətində 400-cü oyununu keçirib Futbolçu 400 oyuna 411 qol vurub
Futbol
27 Sentyabr , 2017 03:41
Ronaldu Realın heyətində 400-cü oyununu keçirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Madrid "Real"ının heyətində 400-cü oyununa çıxıb.

"Report" xəbər verir ki, futbolçunun yubiley matçı Çempionlar Liqasının II turu çərçivəsində səfərdə "Borussiya Dortmund"ilə oyuna təsadüf edib.

Bu qarşılaşma Ronaldo üçün həm də dubl etməklə əlamətdar olub. Futbolçu bununla da İspan klubunda vurduğu qolların sayını 411-ə çatdırıb.

Görüş 3:1 hesabı ilə "Kral klubu"nun xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi