Ronaldu: Qollar həyatımın ayrılmaz hissəsidir, mənə yeni rekordlar lazımdır

Ronaldu: Qollar həyatımın ayrılmaz hissəsidir, mənə yeni rekordlar lazımdır Bu günlərdə əfsanəvi futbolçu Pelenin məhsuldarlığını üstələyərək rekord qırmış İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu yeni nailiyyətlərə imza atmağa hazırlığı barədə fikirlərini ifadə edib
Futbol
141
16 Mart , 2021 05:59
Ronaldu: Qollar həyatımın ayrılmaz hissəsidir, mənə yeni rekordlar lazımdır
Kriştianu Ronaldu

Bu günlərdə əfsanəvi braziliyalı futbolçu Pelenin qol məhsuldarlığını üstələyərək rekord qırmış İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu yeni nailiyyətlərə imza atmağa hazırlığı barədə fikirlərini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə futbolçu instaqramdakı hesabında yazıb.

"Daha çox hədəflərə nail olmaq lazımdır və inanıram ki, bunu birlikdə edəcəyik. Qollar mənim (həyatımın - red) ayrılmaz hissəmdir. Mən bununla kifayətlənməyə hazırlaşmıram və növbəti rekord qırmaq istəyirəm! Mən həmişə daha çox istəyirəm.

Düşünürəm ki, insanlar buna görə tez-tez mənim enerjimin çox olması, heç vaxt dayanmamağım barədə danışırlar. Ola bilsin, bu həqiqətdir, amma bu mənim həyatımın ayrılmaz hissəsidir!" - Ronaldu instaqramdakı hesabında qeyd edib.

Xatırladaq ki, rəsmi matçlarda Pelenin hesabında 767 qol var. Ronaldu isə İtaliya A Seriyasının XXVII turunun “Kalyari”yə qarşı matçda het-triki ilə karyerası ərzində 770-ci rəsmi qolunu vurub.

Son xəbərlər

Orphus sistemi