Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb

Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu bildirib ki, "qırmızı şeytanlar"a qayıdış onun qəbul etdiyi ən yaxşı qərar olub.
Futbol
13 Sentyabr , 2021 07:02
Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu bildirib ki, "qırmızı şeytanlar"a qayıdış onun qəbul etdiyi ən yaxşı qərar olub.

“Report” xəbər verir ki, bu barədə hücumçu “Telefoot”a müsahibəsində bildirib.

"Mançester Yunayted"ə qayıdış qəbul etdiyim ən yaxşı qərardır. Bu, münasib vaxtda edilmişdi. Mən tarixə düşmək, "Mançester Yunayted"də əla nəticələrə nail olmağa və mükafatlar qazanmağa kömək etmək istəyirəm", - Ronaldu müsahibəsində deyib.

Xatırladaq ki, Ronaldu artıq 2003-cü ildən 2009-cu ilə qədər "Mançester Yunayted"də çıxış edib. O, bu komandaya karyerasına başladığı Portuqaliyanın "Sportinq" komandasından keçib. Ronaldu 2009-cu ildən 2018-ci ilə qədər İspaniyanın “Real Madrid" komandasında çıxış edib.

Hücumçu "Yuventus"da 2018-ci ildən çıxış edirdi. Otuz altı yaşlı portuqaliyalı ötən mövsümdə 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub.

Son xəbərlər

Orphus sistemi