Ronaldu Portuqaliya tarixində ən yaxşı futbolçu sayılıb

Ronaldu Portuqaliya tarixində ən yaxşı futbolçu sayılıb Mərasimə AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb
Futbol
15 Yanvar , 2015 09:31
Ronaldu Portuqaliya tarixində ən yaxşı futbolçu sayılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Portuqaliya futbolu tarixində ən yaxşı futbolçu sayılıb. "Report"un məlumatına görə, bu mükafatı ölkə futbolunun 100 illiyi münasibətilə Portuqaliya Futbol Federasiyası təsis edib. 

Mərasimə AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Səsvermə zamanı Ronaldu Eysebio və Luiş Fiqu kimi əfsanəvi futbolçuları arxada qoyub. Lakin özünün Portuqaliyaya yollana bilməməsi səbəbindən mükafatı onun agenti Jorje Mendeş alıb. 

Qeyd edək ki, Kriştianu Ronaldu daha öncə karyerasında 3-cü dəfə dünyanın ən yaxşı futbolçusu sayılıb. 

Son xəbərlər

Orphus sistemi