Ronaldu Portuqaliya klubuna qayıtmağa yaxındır

Ronaldu Portuqaliya klubuna qayıtmağa yaxındır O, bunun üçün maaşının ciddi şəkildə azalmasına da razıdır
Futbol
14 May , 2021 09:08
Ronaldu Portuqaliya klubuna qayıtmağa yaxındır
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronaldu Portuqaliyanın "Sportinq" klubuna keçməyə yaxındır.

"Report" "Cuatro" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu davamlı tənqidlərə məruz qalır və sabiq komandasına qayıtmaq üçün Turin təmsilçisi ilə müqaviləni ləğv etmək istəyir.

Ronaldu bunun üçün maaşının ciddi şəkildə azalmasına da razıdır.

Qeyd edək ki, "Sportinq"in yetirməsi olan Kriştianu Ronaldu 2002-ci ildə peşəkar karyerasına məhz bu klubda başlayıb.

O, 2003-cü ildə İngiltərə "Mançester Yunayted"inə keçib. Forvard cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi