Ronaldu Modriçi mövsümün ən yaxşı futbolçusu seçilməsi münasibəti ilə təbrik edib

Ronaldu Modriçi mövsümün ən yaxşı futbolçusu seçilməsi münasibəti ilə təbrik edib Bakı. 7 sentyabr. REPORT.AZ/ UEFA tərəfindən mövsümün ən yaxşı futbolçusu seçildikdən sonra Kriştianu Ronaldu məni təbrik etdi.
Futbol
7 Sentyabr , 2018 06:27
Ronaldu Modriçi mövsümün ən yaxşı futbolçusu seçilməsi münasibəti ilə təbrik edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ UEFA tərəfindən mövsümün ən yaxşı futbolçusu seçildikdən sonra Kriştianu Ronaldu məni təbrik etdi.

“Report” xəbər verir ki, bu sözləri "Qızıl top" nominasiyası üzrə namizədliyinin irəli sürülməsini şərh edən "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç deyib.

"Mən "Qızıl top"a üç namizəddən biri olmağıma şadam, görək kim qalib gələcək. Mənim Kriştianu Ronaldu ilə yaxşı münasibətlərim var. Fərdi mükafatlar vacibdir, lakin daha əsası isə komanda mükafatlarıdır. Ronaldu UEFA versiyası üzrə mövsümün ən yaxşı oyunçusu seçildikdən sonra mənimlə danışdı. O məni təbrik etmək üçün mesaj yazmışdı və yaxın vaxtlarda mənimlə görüşəcəyinə ümid etdiyini bildirdi. Dediyim kimi, bizim aramızda yaxşı münasibətlər var və insanların nə deməsindən asılı olmayaraq, bu münasibətlər qalır", - deyə "L’Équipe" nəşri Modriçin sözlərini sitat gətirib.

Modriçlə yanaşı "Qızıl top"a "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah və "Yuventus"un forvardı Kriştianu Ronaldu namizəddir.

Son xəbərlər

Orphus sistemi