Kriştianu Ronaldu millimizlə oyunu şərh etdi

Kriştianu Ronaldu millimizlə oyunu şərh etdi "Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir"
Futbol
25 Mart , 2021 15:28
Kriştianu Ronaldu millimizlə oyunu şərh etdi

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

"Report"un məlumatına görə, İtaliyanın "Yuventus" klubunda çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda", - deyə o, feysbuk profilində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi