Ronaldu Messini təhqir etdiyi barədə deyilənlərə münasibət bildirib

Ronaldu Messini təhqir etdiyi barədə deyilənlərə münasibət bildirib "Vəkilim tədbir görəcək"
Futbol
12 Noyabr , 2014 11:08
Ronaldu Messini təhqir etdiyi barədə deyilənlərə münasibət bildirib

Bakı. 12 noyabr. REPORT.AZ/ "Messini təhqir etdiyimə dair yazılanlar yalandır. Vəkilim bununla bağlı tədbir görəcək". "Report"un məlumatına görə, bu fikirləri özünün "facebook" səhifəsində İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu yazıb.

O, peşəkar futbolçulara hörmət bəslədiyini vurğulayıb: "Messi də bu məsələdə istisna deyil".

Qeyd edək ki, ispaniyalı jurnalist Gilyem Balaqe kitabında Lionel Messi ilə Kriştianu Ronaldu arasındakı münasibətlərə də yer ayırıb. O yazıb ki, Ronaldu daim Messinin anasını təhqir edir.

Son xəbərlər

Orphus sistemi