Ronaldu matçda dəyişiklikdən sonra onu çəkən operatora narazılıq edib

Ronaldu matçda dəyişiklikdən sonra onu çəkən operatora narazılıq edib Bakı. 5 fevral. REPORT.AZ/ Realın portuqaliyalı hücumçusu Kriştian Ronaldu İspaniya çempionatının 22-ci turunda, Levante ilə qarşılaşma zamanı videokameraların obyektivinə tuş gəlib.
Futbol
5 Fevral , 2018 03:55
Ronaldu matçda dəyişiklikdən sonra onu çəkən operatora narazılıq edib

Bakı. 5 fevral. REPORT.AZ/ "Real"ın portuqaliyalı hücumçusu Kriştian Ronaldu İspaniya çempionatının 22-ci turunda, "Levante" ilə qarşılaşma zamanı videokameraların obyektivinə tuş gəlib.

"Report" xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb. 

Xəbərdə bildirilir ki, bu, 32 yaşlı futbolçunun xoşuna gəlməyib və o, operatora müraciət edib. "Məni çəkməyin mənası yoxdur. Oyunu çək", - deyə hücumçu bildirib.

Qeyd edək ki, Ronaldu Valensiyadakı matçın 82-ci dəqiqəsində, "Real" hesabda 2:1 irəli olarkən əvəzlənib. Lakin oyun 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi