Ronaldu "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir

Ronaldu "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.
Futbol
27 Sentyabr , 2021 19:27
Ronaldu Mançester Yunaytedin baş məşqçisi olmaq istəyir
Kriştianu Ronaldu

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.

Bu, təcrübəli forvarda Mançester təmsilçisinin akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə "Mançester Yunayted"də meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi