Ronaldu kuryoz hadisə nəticəsində zədələnib

Ronaldu kuryoz hadisə nəticəsində zədələnib İtaliya "Yuventus"unun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu kuryoz hadisə ilə üzləşib.
Futbol
5 Sentyabr , 2020 17:30
Ronaldu kuryoz hadisə nəticəsində zədələnib
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu kuryoz hadisə ilə üzləşib.

"Report" "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun barmağını arı sancıb.

Bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. O, bildirib ki, forvardın müalicəsi davam etdiyi üçün bu gün UEFA Millətlər Liqasında Xorvatiya ilə oyunu buraxacaq.

Qeyd edək ki, A Liqasının III qrupunda olacaq Portuqaliya - Xorvatiya oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi