Ronaldu komanda yoldaşlarına hörmətsizlikdə günahlandırıldı

Ronaldu komanda yoldaşlarına hörmətsizlikdə günahlandırıldı "Özünü ifadə etmək üçün ispan dilindən istifadə edir. Nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir"
Futbol
2871
4 Noyabr , 2020 12:04
Ronaldu komanda yoldaşlarına hörmətsizlikdə günahlandırıldı
Kriştianu Ronaldu
0 : 00
0 : 00

İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Paskuale Bruno hazırda Turin təmsilçisində çıxış edən Kriştianu Ronaldunu tənqid edib.

"Report"un məlumatına görə, "Tiki Taka"ya açıqlama verən 58 yaşlı keçmiş müdafiəçi portuqaliyalı hücumçunu nəzakətsiz adlandırıb.

Bruno 35 yaşlı forvardın iki ildir İtaliyada olduğu halda, hələ də italyan dilini öyrənmədiyini bildirib: "Özünü ifadə etmək üçün ispan dilindən istifadə edir. Nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"da 2018-ci ildən çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayınadəkdir.

Son xəbərlər

Orphus sistemi