Ronaldu karantin qaydalarını pozmaq istəyir

Ronaldu karantin qaydalarını pozmaq istəyir Koronavirusa yoluxan İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu Turinə qayıtmaq istəyir.
Futbol
14 Oktyabr , 2020 15:47
Ronaldu karantin qaydalarını pozmaq istəyir
Kriştianu Ronaldu

Koronavirusa yoluxan İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu Turinə qayıtmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmyeri özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, karantin qaydalarını pozmağa çalışan portuqaliyalı hücumçu millinin düşərgəsini tərk edib "Qoca sinyora"ya qoşulmaq fikrindədir.

35 yaşlı forvard bu yolla karantin müddətini qısaltmaq istəyir. Çünki futbolçu İtaliyaya qayıtsa, vətənindəki kimi 14 deyil, 10 gün təcrid olunacaq.

Qeyd edək ki, Kriştianu Ronalduda infeksiya dünən aşkarlanıb. Təcrübəli oyunçu A Seriyasının növbəti turunun "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə görüşlərində iştirak edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi