Ronaldu iki klubdan birinə keçə bilər

Ronaldu iki klubdan birinə keçə bilər İtaliya Yuventusunun futbolçusu Kriştianu Ronaldu yayda komandanı tərk edə bilər.
Futbol
6438
1 Aprel , 2020 13:07
Ronaldu iki klubdan birinə keçə bilər

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yayda komandanı tərk edə bilər. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçunu əldə etməyə Fransa PSJ-si iddialıdır. Paris təmsilçisi maliyyə problemləri yaşayan Turin klubunun portuqaliyalı forvardına sərfəli müqavilə təklif etmək niyyətindədir. 

Ronaldunun İngiltərə "Mançester Yunayted"inə qayıdış variantı da var. O, "qırmızı şeytanlar"ın şərəfini 2003 - 2009-cu illərdə qoruyub. 

Daha öncə "Yuventus"un, üzləşdiyi maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün hücumçusunu 70 milyon avroya satmasının mümkünlüyünə dair xəbər yayılıb. 

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu "ağ-qaralar"ın heyətində 32 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 2022-ci ilin iyununadək qüvvədədir. 

Son xəbərlər

Orphus sistemi