Bakı. 9 iyun. REPORT.AZ/ Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu İspaniyanın vergi orqanları ilə "sülh" sazişi əldə etməyə yaxındır.
“Report” xəbər verir ki, Krallıq hökuməti portuqaliyalını 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edir.
Prokurorluq hesab edir ki, futbolçu yaratdığı biznes qurumdan imic hüququndan əldə etdiyi gəlirləri azaltmaq məqsədi ilə istifadə edib.
"El Confidencial" internet-portalının məlumatına görə, Ronaldu vergi orqanları ilə bağlanmış sazişin şərtlərinə görə öz günahını etiraf edib. O, İspaniya xəzinəsinə 18-20 mln. avro ödəyəcək. Bu məbləğə gizlədilmiş vergilər, həmçinin inzibati və cinayət cəzaları daxildir.