Ronaldunun het-triki "Yuventus”a böyük hesablı qələbə qazandırıb

Ronaldunun het-triki "Yuventus”a böyük hesablı qələbə qazandırıb Yuventus İtaliya çempionatının 18-ci turunun matçında Kalyarini darmadağın edib.
Futbol
6 yanvar 2020 15:56
Ronaldunun het-triki Yuventus”a böyük hesablı qələbə qazandırıb

"Yuventus" İtaliya çempionatının 18-ci turunun matçında "Kalyari"ni darmadağın edib.

“Report” xəbər verir ki, qarşılaşma Turində, “Alyans” stadionunda baş tutub və “Yuventus”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Kriştianu Ronaldu 49-cu dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. İkinci hissənin ortalarında portuqaliyalı 11 metrlik cəriməni reallaşdıraraq Turin klubunun üstünlüyünü artırıb. 81-ci dəqiqədə Qonsalo İquain Ronaldunun ötürməsi ilə hesabı 3:0-a çatdırıb. Bir dəqiqə sonra Ronaldu het-triki rəsmiləşdirib - 4:0.

"Yuventus" 45 xalla A seriyasının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "Kalyari" 29 xalla 6-cı yerdədir. 

Son xəbərlər

Orphus sistemi