Ronaldu futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olacaq

Ronaldu futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olacaq Yuventusun portuqal hücumçusu Kriştianu Ronaldu bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.
Futbol
123
3 May , 2019 06:57
Ronaldu futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olacaq

"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.

"Report" xəbər verir ki, bu barədə AS bildirib.

"Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm", - deyə Ronaldu qeyd edib.

34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800 matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib.

Ronaldu həmçinin "Qızıl top"un beşqat sahibidir. Portuqaliyalı çıxış etdiyi dörd klubun hər birinin heyətində azı bir qənimət qazanıb. Onların ümumi miqdarı 27-dir.

Daha əvvəl futbolçunun 600-cü qolu "Yuventus"u məğlubiyyətdən xilas edib.

Son xəbərlər

Orphus sistemi