Ronaldu futbol tarixinin bombardiri oldu

Ronaldu futbol tarixinin bombardiri oldu İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu qol sayında mütləq rekordçuya çevrilib.
Futbol
21 Yanvar , 2021 01:43
Ronaldu futbol tarixinin bombardiri oldu
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu qol sayında mütləq rekordçuya çevrilib.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu buna "Napoli" ilə İtaliya Super Kuboku matçında nail olub. 64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-cı qolu vurub. Bununla da Ronaldu çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.

Son xəbərlər

Orphus sistemi