Ronaldu ən çox qazanan futbolçular siyahısında Messini üstələyib

Ronaldu ən çox qazanan futbolçular siyahısında Messini üstələyib İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu ən çox qazanan oyunçular siyahısında birinci pilləyə yüksəlib.
Futbol
22 Sentyabr , 2021 09:02
Ronaldu ən çox qazanan futbolçular siyahısında Messini üstələyib
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldu ən çox qazanan futbolçular siyahısında birinci pilləyə yüksəlib.

"Report" xəbər verir ki, "Forbes"in versiyasına əsasən, buna 36 yaşlı hücumçunun İtaliya "Yuventus"undan "qırmızı şeytanlar"a keçməsi səbəb olub.

Portuqaliyalı forvard 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq. Bunun 59,7 milyon avrosu İngiltərə təmsilçisinə qayıtdığı üçün maaş və bonuslardan əldə olunacaq.

Fransanın PSJ klubunun oyunçusu Lionel Messi 93,8 milyon avro ilə Ronaldudan geri qalır. Onun komanda yoldaşları Neymar (81 milyon avro) və Kilian Mbappe (36,7 milyon avro) növbəti pillələrdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi