Ronaldu Çempionlar Liqasında Messinin rekordunu təkrarladı

Ronaldu Çempionlar Liqasında Messinin rekordunu təkrarladı Turinin "Alyans – Yuventus" stadionunda Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun matçı keçirilib.
Futbol
25 Noyabr , 2020 05:38
Ronaldu Çempionlar Liqasında Messinin rekordunu təkrarladı
Kriştianu Ronaldu

Turinin "Alyans – Yuventus" stadionunda Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun matçı keçirilib.

“Report” xəbər verir ki, G qrupunda "Yuventus" “Ferensvaroş” komandası ilə qarşılaşıb. Görüş "Yuventus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turin klubunun heyətində qollardan birini 35-ci dəqiqədə Kriştianu Ronaldu vurub. Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldu bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekordu ilə bərabər olub.

"Yuventus" 4 turdan sonra 9 xal yığaraq G qrupunun yarış cədvəlində ikinci yer tutur. Komanda yarış cədvəlinin lideri "Barselona"dan 3 xal geri qalır. "Yuventus" Çempionlarının Liqasının qrup mərhələsinin növbəti turunda Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Oyun dekabrın 2-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi