Ronaldu Çempionlar Liqasında Kasilyasın rekordunu qırıb

Ronaldu Çempionlar Liqasında Kasilyasın rekordunu qırıb İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın Çempionlar Liqasındakı (ÇL) rekordunu qırıb
Futbol
209
16 Mart , 2022 09:08
Ronaldu Çempionlar Liqasında Kasilyasın rekordunu qırıb
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın Çempionlar Liqasındakı (ÇL) rekordunu qırıb.

"Report" "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna İspaniya "Atletiko"suna 0:1 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin cavab görüşündə nail olub.

Qarşılaşmada sonadək meydanda olan Ronaldu artıq 47-ci dəqiqədə rekordu qırıb. Həmin an portuqaliyalı forvardın ÇL-dəki 15 909-cu dəqiqəsi olub. Kasilyas isə bir dəqiqə az meydanda olub.

Hücumçu turnirdə 183, qolkiper isə 177 matçda meydana çıxıb.

Qeyd edək ki, ilk matçda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Yunayted" turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi