Ronaldu Çempionlar Liqasına görə Messi ilə komanda yoldaşı ola bilər

Ronaldu Çempionlar Liqasına görə Messi ilə komanda yoldaşı ola bilər İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Fransa PSJ-sində Lionel Messinin komanda yoldaşı ola bilər.
Futbol
2423
7 Mart , 2022 16:52
Ronaldu Çempionlar Liqasına görə Messi ilə komanda yoldaşı ola bilər

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Fransa PSJ-sində Lionel Messinin komanda yoldaşı ola bilər.

"Report" "Football Transfers" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 37 yaşlı hücumçu Paris təmsilçisinə keçəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 28 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son olaraq XXVIII turda "Mançester Siti"yə 1:5 hesabı ilə uduzub. Ronaldu zədə səbəbindən görüşdə iştirak etməyib. Təcrübəli oyunçunun matçdan əvvəl Portuqaliyaya yollanması narazılığa səbəb olub.

Son xəbərlər

Orphus sistemi