Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb

Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.
Futbol
5 Avqust , 2019 10:14
Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

“Report”un məlumatına görə, 34 yaşlı hücumçu “Soccer.com” “Youtube” kanalına müsahibəsində mərhum həmyerlisi Eysebionu fərqləndirib: “Fikrimdə çox sayda oyunçu var. Ancaq bir neçə il öncə vəfat edən həmyerlimin adını çəkəcəyəm. Bu, Eysebiodur. O, Portuqaliyanın simvollarından sayılır. Onunla oynamaq istərdim. Birincisi, portuqaliyalıdır, ikincisi isə çox yaxşı insan idi”.

Ronaldu deyib ki, futbolçu olmasaydı aktyorluq və ya modelliyi seçərdi.

Qeyd edək ki, Eysebio 1965-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, 5 yanvar 2014-cü ildə 71 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi