Ronaldu AVRO-2020-də tarixə düşə bilər

Ronaldu AVRO-2020-də tarixə düşə bilər Hər iki oyunçu 9 qolla Avropa çempionatları tarixinin bombardiridir
Futbol
14 Aprel , 2021 09:45
Ronaldu AVRO-2020-də tarixə düşə bilər
Kriştianu Ronaldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatları tarixində ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, siyahının ilk iki pilləsində Fransa yığmasının sabiq üzvü Mişel Platini və hazırda İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

Hər iki oyunçu 9 qolla Avropa çempionatları tarixinin bombardiridir. Platini bütün qollarını 1984-cü ildə meydanda olduğu 5 görüşdə vurub. Ronaldu isə 2004-cü ildə 2, 2008-ci ildə 1, 2012 və 2016-cı ildə 3 dəfə fərqlənib.

"3-lüy"ü İngiltərə seçməsinin sabiq forvardı Alan Şirer qapayır. 51 yaşlı keçmiş oyunçu 1996-cı ildə 5 qol, 4 il sonra isə 2 qol vurmağa nail olub.

Karyerasını davam etdirən oyunçulardan Antuan Qrizmann və Zlatan İbrahimoviç 6 qolla 4 - 9-cu yerləri bölüşdürür.

Ronaldu bu ilin yayında keçiriləcək Avropa çempionatında turnirin tarixinə düşə bilər. Qrizmann ilə müqayisədə portuqaliyalı oyunçunun bombardirlər siyahısında lider olacağı daha realdır.

Son xəbərlər

Orphus sistemi