Ronaldu ardıcıl 4 mundialda qol vuran dördüncü futbolçu olub

Ronaldu ardıcıl 4 mundialda qol vuran dördüncü futbolçu olub Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu DÇ-2018-cin B qrupunun birinci turunda İspaniya ilə keçirilən oyunda hesabı açıb.
Futbol
16 İyun , 2018 01:48
Ronaldu ardıcıl 4 mundialda qol vuran dördüncü futbolçu olub

Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu DÇ-2018-cin "B" qrupunun birinci turunda İspaniya ilə keçirilən oyunda hesabı açıb.

“Report” "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, Madrid "Real"ının oyunçusu 4-cü dəqiqədə özünə qarşı edilmiş kobudluğa görə təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bununla da, Ronaldu futbol tarixində ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı bundan əvvəl DÇ-2006, DÇ-2010, DÇ-2014-də fərqlənməyi bacarıb. Həmçinin dörd dünya çempionatında alman Uve Zeyeler və Miroslav Kloze və braziliyalı Pele qol vurmağı bacarıb.

Son xəbərlər

Orphus sistemi