Ronaldu Almaniya qəzetinə məhkəmədə uduzub

Ronaldu Almaniya qəzetinə məhkəmədə uduzub İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu Almaniyanın Der Spiegel nəşrinə məhkəmədə uduzub.
Futbol
100
4 Aprel , 2019 23:57
Ronaldu Almaniya qəzetinə məhkəmədə uduzub

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Almaniyanın "Der Spiegel" nəşrinə məhkəmədə uduzub.

"Report"un məlumatına görə, məhkəmə iddiası jurnalın portuqaliyalı hücumçunun vergi ödəməkdən yayınma üsullarına dair bir sıra məqalələri ilə əlaqədar qaldırılıb. Ronaldu qəzeti  şəxsi həyatına müdaxilədə ittiham edərək məhkəməyə verib.

2017-ci ilin fevral ayında Hamburq vilayət məhkəməsi "Der Spiegel"ə 34 yaşlı forvardın fırıldaqları barədə məqalələri öz saytından müvəqqəti çıxarmasına dair hökm verib. Lakin İspaniya məhkəməsi futbolçunu ölkənin vergi qanunvericiliyini pozmaqda günahkar bildikdən sonra onun vəkilləri Almaniya nəşrinə qarşı iddianı geri götürmək məcburiyyətində qalıblar. Onlar işi uduzacaqlarını anlayaraq, bu addımı atıblar.

Qeyd edək ki, yanvarın 22-də Madrid məhkəməsi Kriştianu Ronaldunu vergi ödəmədiyi üçün 18,8 milyon avro məbləğində cərimələyib.

Son xəbərlər

Orphus sistemi