Ronaldu A Seriyasının tarixinə düşdü

Ronaldu A Seriyasının tarixinə düşdü İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.
Futbol
2251
23 İyun , 2020 09:05
Ronaldu A Seriyasının tarixinə düşdü
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib. 

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub. 

Forvard XXVII turda "Bolonya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib və İtaliya çempionatında 43-cü qoluna imza atıb. O, bu göstəriciyə görə "Milan" və "Fiorentina"nın sabiq portuqaliyalı futbolçusu Ruy Koşta-nı geridə qoyub. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. O, cari mövsüm Turin təmsilçisinin heyətində 35 oyunda meydanda olub, 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi