Ronaldu 200-cü oyununa çıxıb, "Mançester Yunayted" heç-heçə edib

Ronaldu 200-cü oyununa çıxıb, "Mançester Yunayted" heç-heçə edib Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura start verilib.
Futbol
2 Oktyabr , 2021 17:25
Ronaldu 200-cü oyununa çıxıb, Mançester Yunayted heç-heçə edib

Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura start verilib.

"Report"un məlumatına görə, turun açılış oyununda "Mançester Yunayted" "Everton"u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qırmızı şeytanlar"ın heyətində Antoni Marsyal 43-cü dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Andros Taunsend bərabərlik qolunu vurub.

57-ci dəqiqədə Edinson Kavanin yerinə meydana daxil olan Kriştianu Ronaldu Premyer Liqada 200-cü matçına çıxıb.

14 xala malik komandalar hələlik turnir cədvəlində 2-3-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi