​Ronaldo mum heykəli üçün saç ustasını təlimatlandırıb

​Ronaldo mum heykəli üçün saç ustasını təlimatlandırıb Saç ustası hər ay heykəl üçün muzeyə gəlir
Futbol
5 mart 2015 13:20
​Ronaldo mum heykəli üçün saç ustasını təlimatlandırıb

Bakı. 5 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu maraqlı addım atıb. 

"Report"un məlumatına görə, portuqaliyalı futbolçu Madriddə olan heykəlinin saçını düzəltmək üçün öz bərbərini təlimatlandırıb.

"Cadena Ser" radiosuna danışan "De Cera" muzeyinin rəsmisi Qonzalo Presa futbolçunun saç ustasının hər ay mum heykəl üçün muzeyə gəldiyini deyib. Onun sözlərinə görə, heykəlin saçı orijinaldır və Hindistandan gətirilib.

Qeyd edək ki, Kriştianu Ronaldunun mum heykəli 2013-cü ildən "Museo de Cera"da nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi