Ronaldo: “Mənim oynadığım dövrdə Messi və Ronaldu 10 “Qızıl top”u ikilikdə qazana bilməzdilər"

Ronaldo: “Mənim oynadığım dövrdə Messi və Ronaldu 10 “Qızıl top”u ikilikdə qazana bilməzdilər" “Bizim vaxtımızda Zidan, Rivaldo, Fiqu, Ronaldinyo və mən var idim"
Futbol
4 Yanvar , 2018 16:50
Ronaldo: “Mənim oynadığım dövrdə Messi və Ronaldu 10 “Qızıl top”u ikilikdə qazana bilməzdilər

Bakı. 4 yanvar. REPORT.AZ/ “Mənim oynadığım dövrdə Lionel Messi və Kriştianu Ronaldu 10 “Qızıl top”u ikilikdə qazana bilməzdilər”. 

“Report” xəbər verir ki, bu sözləri “Bild”ə müsahibəsində Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib. 41 yaşlı veteran hücumçu bildirib ki, onun dövründə rəqabət daha sərt olub. Ronaldo fikrini belə əsaslandırıb: “Messi və Ronaldunun ləyaqətini alçatmaq istəmirəm, amma mənim dövrümdə daha ciddi rəqabət mövcud idi. Onlar qarşıdakı illərdə də dünyanın ən yaxşı oyunçusu adı uğrunda mübarizə aparacaqlar. Ancaq bizim vaxtımızda Zidan, Rivaldo, Fiqu, Ronaldinyo və mən var idim. Bu, elə bir nəsil idi ki, onlar arasında ən yaxşı olmaq daha çətin idi”.

Qeyd edək ki, Ronaldo 1997 və 2002-ci illərdə “Qızıl top”a layiq görülüb. Lionel Messi və Kriştianu Ronaldu isə hərəyə 5 dəfə bu mükafatı qazanıblar.

Son xəbərlər

Orphus sistemi