Ronaldu Mançesterdə otel inşa etdirəcək

Ronaldu Mançesterdə otel inşa etdirəcək İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Mançesterdə 4 ulduzlu otel inşa edəcək.
Futbol
2316
23 Avqust , 2020 06:51
Ronaldu Mançesterdə otel inşa etdirəcək

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Mançesterdə 4 ulduzlu otel inşa edəcək. 

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, şəhərin biznes mərkəzində tikiləcək obyektin inşasına 30 milyon avrodan çox pul xərclənəcək.

O da qeyd olunur ki, otelin 2023-cü ildə açılması planlaşdırılır. Otel 151 otaqdan ibarət olacaq. 

Son xəbərlər

Orphus sistemi