Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Ronaldinyonun anası koronavirusdan vəfat etdi Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santosun koronavirus infeksiyasından vəfat edib.
Futbol
21 Fevral , 2021 12:56
Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.

"Report"un məlumatına görə, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.

Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib.

Son xəbərlər

Orphus sistemi