Ronaldinyo siyasi fəaliyyətə başlayıb

Ronaldinyo siyasi fəaliyyətə başlayıb Bakı. 22 mart. REPORT.AZ/ Braziliyalı məşhur futbolçu Ronaldinyo siyasətə qoşulub.
Futbol
22 Mart , 2018 10:11
Ronaldinyo siyasi fəaliyyətə başlayıb

Bakı. 22 mart. REPORT.AZ/ Braziliyalı məşhur futbolçu Ronaldinyo siyasətə qoşulub.

“Report” “Sport.es” saytın istinadən xəbər verir ki, 38 yaşlı veteran idmançı vətənində Respublika Partiyasının sıralarına daxil olub.

Bu partiyanın üzvləri ultrakonservativ baxışları ilə seçilirlər və ənənəvi ailə dəyərlərinin qorunub saxlanmasının tərəfdarıdırlar. Partiyaın lideri Rio-de-Janeyronun meri Marselo Krivelladır.

Ronaldinyo artıq növbəti parlament seçkilərində namizədliyini irəli sürə bilər.

Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. O, bu ilin yanvarında peşəkar karyerasını başa vurub.

İngilis versiyası Ronaldinho enters politics

Son xəbərlər

Orphus sistemi