Ronaldinyo karyerasını rəsmən başa vurub

Ronaldinyo karyerasını rəsmən başa vurub Onun son klubu "Fluminense" olub
Futbol
16 yanvar 2018 22:11
Ronaldinyo karyerasını rəsmən başa vurub

Bakı. 17 yanvar. REPORT.AZ/ Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub.

“Report”un xəbərinə görə, 37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.

Onun peşəkar karyerasında son klubu "Fluminense" olub. Futbolçu bu klubu 2015-ci ilin sentyabrında tərk edib. 2002-ci ilin dünya çempionu son vaxtlar müxtəlif nümayiş xarakterli matçlarda iştirak edib.

Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.

Son xəbərlər

Orphus sistemi